Bu il Sumqayıtda narkotiklə bağlı 453 fakt aşkar edilib
24 Oktyabr 2022 11:50 SosialSumqayıt şəhərində polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsino təşkil edən şəxslərə qarşı silsilə əməliyyatlar keçiriblər. Onlardan ümumilikdə 3 kiloqrama yaxın heroin və psixotrop tərkibli metadon həbləri aşkarlanıb. DİN-dən "Olaylar"a bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən bu ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 453 fakt aşkar edilib. Nəticədə qanunsuz dövriyyədən 30 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, o cümlədən heroin, tiryək, marixuana və metamfetamin, eləcə də 290 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31