“Rəqəmsal media və kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarlarının keçirilməsinə başlanır
24 Oktyabr 2022 11:43 Sosial5 noyabr tarixində saat 10:00-da Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə bütün ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan tələbələri üçün "Visiting Lecturer" layihəsi çərçivəsində "Rəqəmsal media və kommunikasiya" mövzusunda "MEDİA talks" açıq seminarı keçiriləcəkdir.
ADA Universitetində keçirilməsi planlaşdırılan seminarda spiker qismində Udin və Milan Universitetlərinin məzunu, kommunikasiya və marketinq, peşəkar brendin formalaşması üzrə strateji planlama istiqamətində ixtisaslaşan, Azərbaycan və Mərkəzi Asiya üzrə biznes brendləri ilə yaxından işləyən Tatyana Ravalli çıxış edəcəkdir.
Seminarın məqsədi rəqəmsallaşmanın media məhsullarının mahiyyətinə və formasına təsiri barədə məlumatlılığın artırılmasına, yaradıcı-innovativ potensialın stimullaşdırılmasına, rəqəmsal kommunikasiya istiqamətində xarici bilik və təcrübələrin tətbiqinin genişləndirilməsinə töhfə verməkdir.
Seminarda iştirak etmək istəyənlər https://forms.gle/37b98ukDpvJ3LPap7 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat 30 oktyabr tarixinə qədər davam edəcəkdir.