Bu da Tolikin Amerikada yaşayan bacısı və ailəsi - VİDEO
24 Oktyabr 2022 11:33 SosialƏməkdar artist Ədalət Şükürov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. Olaylar.az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında Amerikada lentə alınan görüntülərini yayımlayıb.Şükürov aparıcı və prodüser Tarix Əliyevin (Tolik) Nyu Yorkda yaşayan bacısı Esmira və həyat yoldaşı ilə görüşüb. İfaçı həmin görüntüləri paylaşaraq bunları yazıb:"Çox tarixi görüşdü! Bu 10 ildə bir dəfə olar, ya olmaz! Tarix Əliyev, şad idim bacının ailəsi ilə tanış olmağa! Allah hamımızı qorusun!"Xatırladaq ki, Esmira Tarix Əliyevin (Tolik) ögey bacısıdır. O, evlidir. İki övladı var. Toliklə Esmira eyni atanın övladları olsalar da, anaları ayrıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31