Şuşada Molla Pənah Vaqifin evinin bərpası mümkündürmü?

Molla Pənah  Vaqif şəxsiyytinə - bir şair kimi, bir dövlət xadimi və Qarabağ Xanlığının vəziri kimi onun fəliyyətini və yaradıcılığını,   sağlığından başlayaraq bu günümüzə qədər öyrənən, araşdıran tədqiq edən görkəmli tədqiqatçılar, tarixçilər, səlnaməçilər ədəbiyyat adamları və dövlət xadimləri bütün dövrlərdə yüksək dəyər verilmişlər. Onların sırasında Mirzə Fətəli Axundovun, Qarabağnamələrin müəəlifləri- Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin,  Əhməd bəy Cavanşirin, Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin, Rzaqulu bəy Mirzə Camal oğlunun, Mirzə Rəhim Fənanın, Məhəmmədəli bəy Məxfinin,  Həsən İxfa Əlizadənin, Həsənəli xan Qaradağinin, Qasımbəy Zakirin, Aşıq Valehin, Salman Mümtazın, Firudin bəy Köçərlinin, Adolf Berjenin, Həmid Araslının, Yusif Vəzir Çəmənzəminlinin, Səməd Vurğunun, Araz Dadaşzadənin, Nizami Cəfərovun, Aqil Abbasın adlarını minnətdarlıqla xatılamaq istərdim.

Molla Pənah Vaqifə ən yüksək dəyər verən şəxsiyyətlərdən biri də Ümumilli liderimiz Heydər Əiyev olmuşdur. Yuxarıda adlarını çəkdiyim görkəmli şəxsiyyətlərimizdən fərqli olaraq Ümumilli liderimiz Heydər Əliyev onun yaradıcılığına yüksək dəyər verməklə yanaşı,  həm də Vaqifin məzarı üstündə dünyada barmaqla sayılacaq qədər az olan məqbərə kompleksi və abidə ucaltmış, 1982-ci ildən  hər il onun təşəbbüsü və göstərişi ilə "Vaqif Poeziya Günləri " keçirilməsinə başlanmşıdır...    

Lakin min təəssüf ki, 1992-ci ildə Şuşa işğal edildikdən sonra erməni vandalları tərəfindən şəhərdəki bütün abidələr kimi Vaqifin məqbərə kompleksi də yerlə yeksan edildi...

Azərbaycan tarixinə qızıl hərflərlə daxil olan 44 günlük Vətən müharibəsində Müzəffər  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman  Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. 2020-ci ilin  8 noyabrı müasir  tariximizə Zəfər Günü kimi daxil oldu. Bu qələbədən dərhal sonra Azərbaycan Pespublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılmış qısa müddətdə şəhərin baş planı hazırlanmış və bu plana uyğun olaraq şəhərdə geniş abadlıq, bərpa, quruculuq və tikinti işlərinə başlanmışdır. Prezidentin müvafiq Sərəncamları ilə 2022-ci il "Şuşa ili " elan edilmiş, Şuşa şəhərinin 270 iilik yubileyinin qeyd edilməsi haqqında qərar qəbul edilmişdir. Şəhərin 270 illik yubileyi ilə əlaqədar bərpa və tikinti işləri surətlə davam edir və qısa zamandan sonra Cənb İlham Əliyevin dediyi kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Azərbaycanımızın Mədəniyyət Paytaxtı elan edilən Şuşa bu gün tarixinin ən şərəfli bir dövrünü yaşayır.

"...xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu böyük qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır"...deyən Prezidentimiz İlham Əliyev bütün prezidentlik fəaliyyətində gördüyü digər işlərlə yanaşı həm də Ümummilli liderimiz tərəfindən başlanılmış , lakin tamamlanmamış işləri sədaqətlə, mərdliklə, qətiyyətlə və uğurla başa çatdırmaqdadır. Saymaqla qurtarmayan bu möhtəşəm işlərin sırasında  Molla Pənah Vaqifin adı ilə bağlı işlər də vardır.

Ümumilli liderimiz Heydər Əliyev kimi Prezident İlham Əliyev də Vaqif şəxsiyyətinə hər zaman yüksək qiymət vermişdir.  2017-ci ildə Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Reespublikası Prezidentinin sərəncamında deyilir: "Molla Pənah Vaqif öz ənənələri ilə seçilən, ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə, milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir...

Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir" 2017-ci ildə Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayanda da, TÜRKSOY-un qərarı ilə 2017-ci il "Vaqif ili" elan ediləndə də, Şuşada "Vaqif Poeziya Günləri"nin keçirilnməsinin bərpası barədə göstəriş verəndə də və nəhayət Şuşada ilk bərpa olunan abidələr sırasında Vaqifin büstünü və məqbərə kompleksini bərpa edərək təntənəli surətdə açılışını təşkil edəndə də O, bu işlərin Ümumilli liderimiz Heydər Əliyevin   1982-ci ildə başladğı işlərin davamı olduğunu parlaq şəkildə nümayiş etdirir. Ola bilsin ki, Cənab İlham Əliyevin gördüyü çoxsaylı misilsiz işlərin fonunda Vaqifin büstünün, məqbərəsinin və "Vaqif Poeziya Günləri"nin bərpası kiçik görünə bilər. Bununla belə bu məsələ də Şuşanın,  ədəbiyyatızın və mədəniyyətimizin  tarixində, həm də bütünlüklə ölkəmizin tarixində mühüm hadisədir və bu hadisə də  cənab İlham Əliyevin adı ilə tariximizə həkk olundu.  

Zaman keçəcək, qədirbilən Azərbaycan xalqı Prezident İlham Əliyevin bu xidmətini də minnətdarlıqla yad edəcəkdir.

Lakin  Vaqifsevərləri və poeziya həvəskarnı Vaqifin evinin acı taleyi hər zaman düşündürür. Tarixdən məlumdur kİ, Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonara İbrahim xanın qardaşı oğlu, "Batmanqılınc" ləqəbli ilə məşhur olan Məmməd bəy Cavanşir , kiçik bir zaman kəsiyində Şuşada hakimiyyəti ələ alır. Xanlıq iddiasında olan və bu yolda əsas maneə kimi Vaqifi görən (digər versiyalar da mövcuddur), Məmməd bəy Cavanşir onu  öldürmək qrarına gəlir və buna bəhanə tapır. O, Vaqifi oğlu Qasım ağa ilə brlikdə Cıdır düzündə edam etdirir. Bu azmış kimi Vaqifin yaşadığı evi vəhşicəsinə talan edərək, bütün külliyatını məhv etdirir. "Demək olar ki, bütün həyatını yeniyetməlik illərindən başlayaraq, yazı-pozuya həsr etmiş bir insanın bir cümlə və bir misra yazısının qalmaması Molla Pənah Vaqif taleyinin, bəlkə də ən böyük paradoksu idi! (Akademik Nizami Cəfərov).

Şuşanın intibahının indiki dönəmində Vaqifin evinin bərpası mümkün olarsa, bu həm tarixilik, həm qədirşünaslıq, həm də bütün mənalarda çox əlamətdar və yaddaqalan bir hadisə olardı. Düşünürəm ki, aidiyyatı qurumların təklifə  münasibəti müsbət olacaqdır.

 Ramiz   Göylər

AYB-nin üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31