Külli miqdarda siqaretlər aşkar edilib - FOTO

Dövlət Gömrük Komitəsinin Bakı və Sumqayıt Baş Gömrük

İdarələrinin əməliyyat bölmələrinin əməkdaşları tərəndən həyata

keçirilən tədbirlər nəticəsində ölkə ərazisinə qanunsuz yollarla

gətirilən, Azərbaycan Respublikasının aksiz markası ilə

markalanmayan və ölkə ərazisində qanunsuz satışı nəzərdə tutulan

külli miqdarda siqaretlər aşkar edilərək götürülüb.

Belə ki, Bakı şəhərində Azərbaycan Respublikası vətəndaşının idarə

etdiyi nəqliyyat vasitəsindən 35400 ədəd, Sumqayıt şəhəri

ərazisində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi

nəqliyyat vasitəsindən 57560 ədəd, ümumilikdə 2 fakt üzrə 92960

ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31