Energetika naziri Göyçayda vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov Göyçay rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

"OLAYLAR" xəbər verir ki, qəbul zamanı vətəndaşlar elektrik enerjisi təchizatı, elektrik enerjisi verilişinin keyfiyyəti, elektrik xətti, qurğu və avadanlıqlarının istismar vəziyyəti, şəbəkəyə qoşulma, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar. 

Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.
Qəbulda Göyçay, Ucar, Bərdə və Şəki rayonlarından olan 14 vətəndaş iştirak edib.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31