Bakıda 15 yaşlı yeniyetməni 23 yaşlı oğlan döydü - VİDEO
21 Oktyabr 2022 13:55 SosialBakının Suraxanı rayonu ərazisində 15 yaşlı Hacızadə Elnur 23 yaşlı şəxs tərəfindən döyülüb.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə zərəçəkmişin yaxınları tərəfindən göndərilib.
Hazırlıqdan çıxan Elnur Qaraçuxur qəsəbəsində yerləşən Yusif Eyvazov küçəsi 31 ünvanında fiziki zorakılığa məruz qalıb.
Ona xəsarətlər yetirən şəxsin kimliyi məlum olmasa da hadisə ilə bağlı polisə şikayət edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31