Toy şəkillərini paylaşan Xoşqədəm Hidayətqızı: "Deyirdilər ki, 1 il sonra ayrılacaqlar"
21 Oktyabr 2022 13:16 SosialAparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yeni paylaşım edib.
Olaylar.az xəbər verir ki, xanım aparıcı sosial şəbəkə hesabında müğənni həyat yoldaşı Doğuşla toyunda çəkilən fotolarını paylaşıb.
Artıq 8 ildir evli olan aparıcı paylaşdığı fotolarına bu şərhi yazıb:
"Bu gün Doğuşla evliliyimizin 8 ili tamam olur. 8 il əvvəli xatırlayıram. Bizim evliliyimizlə bağlı proqnozlar vermişdilər. 6 ay ya da 1 il sonra ayrılacaqlar. Oysa ki, ayıran da, birləşdirən də Allahdır. Çox şükür, 8 ildir, birlikdəyik".
Xatırladaq ki, Doğuşla Xoşqədəmin Arda ilə Arın adlı övladları var.
AZXEBER.COM




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31