Aysel Əlizadə gizli evlənib boşanıbmış...
21 Oktyabr 2022 12:43 SosialMüğənni Aysel Əlizadənin evlənib boşandığı iddia olunub.
OLAY yazır ki, bu barədə ifaçı Sevinc Ağaşirinova "Səhər mərkəzi" proqramında danışıb.
O bildirib ki, Aysel Əlizadə gizli şəkildə Türkiyədə ailə qurub, daha sonra isə izdivacı uğursuz alındığı üçün boşanıb:
"Türkiyədə yaşayırdı. Eşitmişdim ki, orada ərə gedib. Sonra dedilər, boşanıb. Özündən eşitməmişdim, evləndiyini dedilər, söylədim ki, Allah xoşbəxt etsin. Haradasa 1 ildir məlumatım yoxdur".
Qeyd edək ki, bir müddət əvvəl A. Əlizadə sosial media hesabını bağlayıb, gözlərdən itmişdi. Gizli evliliyin də bu dövrə təsadüf etdiyi güman olunur.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31