Bakıda əfqan şagird sinif yoldaşının valideyni tərəfindən döyülüb
21 Oktyabr 2022 10:11 SosialBakının Pirallahı rayonunda orta məktəbin 4-cü sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.
Olaylar.az "report"a istinadən bildirir ki, 2012-ci il təvəllüdlü Folmulu Ömər Bəşir oğlu Qala qəsəbəsində sinif yoldaşının atası tərəfindən döyülüb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş ənsə nahiyəsinin əziyi diaqnozu qoyulub.
Qeyd edək ki, Ö.Folmulu Əfqanıstan Respublikasının vətəndaşıdır.
Hadisənin təfərrüatı araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31