Həvəskar şahmatçı pensiyaçılar arasında “Zəfər turniri” keçiriləcək
19 Oktyabr 2022 14:23 SosialDövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə həvəskar şahmatçı pensiyaçılar arasında "Zəfər turniri" keçiriləcək. Fonddan "Olaylar"a bildirilib ki, "Zəfər turniri"nə sentyabrın 19-dan başlanan qeydiyyat prosesi oktyabrın 19-da yekunlaşır. Bu gün artıq qeydiyyat üçün son gündür. Bu müddət ərzində turnirdə iştirak etmək üçün 374 pensiyaçı qeydiyyatdan keçib. Oktyabrın 20-si və 21-də rayonlarda turnirin seçmə mərhələsi keçiriləcək. Bu mərhələdə uğur qazanan iştirakçılar paytaxt Bakıda təşkil olunacaq respublika çempionatında yarışacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31