Aeroport yolunda ağır qəza, ÖLƏN VAR - FOTO
19 Oktyabr 2022 14:23 SosialBu gün saat 12 radələrində Bakıda ağır yol qəzası baş verib.
Olaylar.az xəbər verir ki, aeroport yolu kimi tanınan şossedə "Baku Elektronics" şirkətinə məxsus yük avtomobili digər bir özəl şirkətə aid "Ford" markalı yük avtomobili ilə toqquşub. Nəticədə sonuncunun sürücüsü, Zahir adlı şəxs aldığı xəsarətlərdən vəfat edib.
Hadisədən sonra yolda sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31