Şəhid Famil Əhmədzadənin ailəsi ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsi şəhidi baş leytenant Əhmədzadə Famil Ağaəhməd oğlunun ailəsini ziyarət ediblər. Nazirlikdən "Olaylar2a bildirilib ki, görüşdə şəhid Famil Əhmədzadənin xatirəsi yad edilib, onun şərəfli döyüş yolundan bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.

Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər, postmüharibə dövründə şəhid ailələri və müharibə əlilləri ilə bağlı icra olunan genişmiqyaslı  sosial dəstək tədbirləri qeyd olunub.Şəhid Famil Əhmədzadənin İsmayıllı şəhərində yaşayan ailəsinin də daim sosial dəstəklə əhatə olunduğu və ailəyə bundan sonra da daim qayğı göstəriləcəyi bildirilib. Ailənin üzvləri göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31