Nazir müavini Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
19 Oktyabr 2022 14:05 SosialƏmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli oktyabrın 28-i Yardımlı rayonunda sakinləri qəbul edəcək. Nazirlikdən "Olaylar-a bildirilib ki, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 19-25 oktyabr tarixlərində nazirliyə rəsmi şəkildə (http://[email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31