Atası tərəfindən seksual xarakterli zorakılığa məruz qaldığı üçün özünü atmaq istədi - Bakıda dəhşətli HADİSƏ
19 Oktyabr 2022 13:45 SosialBakıda 18 yaşlı qız intihara cəhd edib.
Olaylar.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib. 2004-cü il təvəllüdlü E. Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və 18 yaşlı qız polis bölməsinə aparılıb.
İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalır və bu səbəbdən həyatına son qoymaq istəyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31