Yardımlıda şəhidin anım günü qeyd olunub - ÖZƏL

Oktyabrın 18-də Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi gizir Sahratov Cavid Əlikömək oğlunun anım günü ilə əlaqədar şəhidin ailə üzvləri ilə görüşərək, onlara ehtiramlarını ifadə ediblər. Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyindən "Olaylar"a bildirilib ki,  görüşdən sonra rayon ictimaiyyəti, şəhid valideynləri, ziyalılar, şəhidin əsgər yoldsaşları və mədəniyyət nümayəndlərinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub. Ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda canalrından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin Cavid Sahratovun şərəfli döyüş yolu haqqında iştirakçılara geniş məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31