Bakıda kiber cinayətkar saxlanıb
19 Oktyabr 2022 11:05 SosialVətəndaşların bank kartlarından kiber üsullarla pul talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-dən "Olaylar"a bildirilib ki, polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 2002-ci il təvəllüdlü Surət Əliyev saxlanılaraq istintaqa cəlb edilib. O, aldatma yolu ilə hansısa məhsulun satışı ilə məşğul olan şəxslərə ödəniş etmək adı altında onların bank kart məlumatlarını əldə edərək öz hesabına köçürməklə nağdlaşdırıb. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31