Aqrar Xidmətlər Agentliyində qanvermə aksiyası keçirilib - FOTO
18 Oktyabr 2022 17:53 SosialKənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə qanvermə aksiyası keçirilib.
Aksiyada Milli Hematalogiya və Transfuziologiya Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Qanvermə aksiyasına nazirliyin digər qurumlarının əməkdaşları da qoşulub.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin savab iş olduğunu vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.






Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31