Manaf Ağayevin YENİ milyonluq "Maybach"ı - FOTO

Tanınmış müğənni Manaf Ağayev özünə yeni "Mercedes-Maybach" alıb. 

Bahalı avtomobil ötən gün axşam saatlarında Atatürk parkında görüntülənib. Ağayev 10 MA 091 markalı "Maybach"ından düşərək, yaxınlıqdakı restoranlardan birinə yollanıb. 

O, daha əvvəl də "Maybach"dan istifadə edib. Müğənni fevralın 18-də Füzuli rayonuna müvafiq icazələr olmadan qanunsuz daxil olduğu üçün Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alıb. Həmin maşının nömrəsi 10 BU 100 olub.

Şayiələrə görə, Ağayev 1 milyon manatadək dəyərində olan yeni "Maybach"ı doğulduğu Füzuli rayonunun işğaldan azad olunmasının ikinci ildönümü münasibətilə alıb.

Autoinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31