Xərçənglə mübarizə aparan Aygün Bəylərin VƏZİYYƏTİ NECƏDİR?
18 Oktyabr 2022 10:15 SosialXəbər verdiyimiz kimi, xərçənglə mübarizə aparan Əməkdar artist Aygün Bəylər müalicəsi üçün Türkiyəyə yollanıb.
Olaylar.az xəbər verir ki, bizim.media-nın əməkdaşı onunla əlaqə saxlayaraq vəziyyəti ilə maraqlanıb.
Telefonu A.Bəylərin köməkçisi götürüb və müğənninin səhhətinin yaxşı olduğunu deyib:
"Oktyabrın doqquzunda Türkiyəyə getdik. Aygün xanım xəstəliyi ilə bağlı iki gün müxtəlif müayinələrdən keçdi. Şükürlər olsun ki, çox yaxşı xəbərlər aldıq. Oktyabrın 12-də Vətənə qayıtdıq. Bir neçə günə verilişlərin birinə çıxıb, səhhəti ilə bağlı geniş açıqlama verəcək. Bir sözlə, indi Aygün xanımın vəziyyəti yaxşıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31