Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya vurulmayıb, ikinci mərhələ üzrə vaksinasiya olunan isə 1 nəfər, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunan isə qeydə alınmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 902 793, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 156, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 885, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 383 276, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 476 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31