Məryəm Qafarzadəni Nuridə Allahyarova əvəz edəcək

Olaylar.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə sosial məzuniyyətdə olacağı üçün, onun vəzifəsini Nuridə Allahyarova icra edəcək. N. Allahyarova şəxsi "Facebook" səhifəsində bununla bağlı paylaşım edib:

"Əziz dostlar, bu gündən etibarən  Məryəm Qafarzadə sosial məzuniyyətdə olacağı üçün onu bu vəzifədə mən əvəz edəcəm. Suallarınız, müraciətləriniz və iradlarınız üçün nömrəm həmişəki kimi 7/24 açıqdır.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin media əlaqələndiricisi isə dəyişməyib - mətbuat katibi Fariz Hüseynliyə sorğularınızı ünvanlaya bilərsiniz.

İstənilən halda Nazirliyin nəzarət arealına daxil olan bütün məsələlərlə bağlı koordinasiyalı işin təşkilində əməkdaşlığımızdan şad olacam.

Nazir Anar Kərimova göstərdiyi etimaddan dolayı təşəkkür edirəm!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31