Üç ay əvvəl nişanlanan tələbə faciəli şəkildə ÖLDÜ

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi intihar edib.

Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, universitetin tələbəsi, 2000-ci il təvəllüdlü Muxtar Qayıbov özünü Aşağı Güzdək qəsəbəsində, yaşadığı evin həyətində asaraq həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Bildirilir ki, M.Qayıbov 3 ay əvvəl nişanlanıbmış. Onun boş vaxtlarında yaşadığı qəsəbədə bərbərlik fəaliyyəti ilə məşğul olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31