Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb
17 Oktyabr 2022 12:12 SosialOktyabrın 15-16 tarixlərində ölkə ərazisində qeydə alınan 105, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 88 nəfər saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31