Sürücülərin NƏZƏRİNƏ: "VAZ dairəsi" kimi adlanan ərazidə YENİLİK OLACAQ - VİDEO - FOTO
17 Oktyabr 2022 10:07 SosialSıxlıq və tıxacın aradan qaldırılması məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geri dönmə hissə yaradılır.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Olaylar.az-a verilən məlumata görə, yeni geri dönmə hissə yaxın günlərdə istifadəyə veriləcək.
Bunun üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən lazımi sayda qüvvə cəlb olunub.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31