Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
16 Oktyabr 2022 17:11 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 606 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 228, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 29 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 902 789, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 156, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 884, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 383 273, pozitiv nəticədən sonra buster doza olunanların sayı 262 476 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31