Paytaxtın bu yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16 Oktyabr 2022 12:01 Sosial17 oktyabr saat 09:00-dan 19 oktyabr saat 20:00-dək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin 16-cı və Tofiq Məmmədov küçələrində təmir işləri aparılacaq.
Olaylar.az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, işlərin aparıldığı müddət ərzində iş aparılan zolaq üzrə (digər hərəkət zolağı açıq qalacaq) nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31