Lökbatan qəsəbəsində şəhid Abbasov Ruslanın anım mərasimi keçirilib - FOTO

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü

uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan silahlı qüvvələrinin

hərbi qulluqçusu Abbasov Ruslan Hikmət oğlunun anım mərasimi

keçirilib. Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin

başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, rayon

icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və

ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə Şəhidin əziz

xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

- --Daha sonra şəhidin ailələrinin üzvləri çıxış edərək onunla bağlı

xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar.

Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və

qayğıya görə ölkə rəhbərliyinə- minnətdarlıqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31