Bu il 113 cinayətkar qrup zərərsizləşdirilib
15 Oktyabr 2022 10:23 SosialCari ilin 9 ayı ərzində həyata keçirilmiş əməliyyat-axtarış fəaliyyəti nəticəsində 289 nəfərdən ibarət 113 cinayətkar qrup zərərsizləşdirilib. DİN-dən "Olaylar"a daxil olan məlumata görə, bu müddət ərzində ümumi dəyəri 40 milyon manat təşkil edən 3 ton narkotik vasitə və 300 kq.dan çox psixotrop maddə;o cümlədən son illər geniş yayılmış(bununla mübarizə də vüsət almış) narkotiklərin onlayn satışı ilə bağlı 241 fakt müəyyən edilərək qeyri-laqal dövriyyədən çıxarılmışdır.25 tona yaxın olan çətənə,xaş-xaş kolları yaşıl kütlə halında və yabanı halda bitən 176 tn.həmin növlərə aid bitkilər məhv edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31