Müğənni Nəfəsin 270 minlik malikanəsinin GÖRÜNTÜLƏRİ - VİDEO
14 Oktyabr 2022 11:55 SosialMüğənni Nəfəs bahalı evi ilə gündəmə gəlib.
Olaylar.az xəbər verir ki, "Həmin Zaur" verilişinə qonaq olan sənətçinin yeni malikanəsinin görüntüləri nümayiş olunub. Nəfəs villasını 270 min AZN-ə alıb.
Müğənni bu günə qədər şəxsi evinin olmadığını, uşaqlıq illərindən kirayədə yaşadığını deyib:
"İllərlə çəkdiyim əziyyətimin bəhrəsidir. Pulunu tam ödəməmişəm. İnsanlar elə qəribə baxırlar ki, görəsən, haradan alıb? Mən evsiz böyüyən bir qız olmuşam. Ona görə çox şükür Allaha ki, bizim evimiz var. Ailəmlə 2009-cu ilə qədər kirayədə yaşamışıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31