Şəhid ailəsi üzvləri müalicə mərkəzlərinə yola salınıb
13 Oktyabr 2022 15:31 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən daha 56 nəfər imtiyazlı şəxs yollayışla təmin olunaraq xəstəliklərinə uyğun sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, onlar şəhid ailəsi üzvləri və əlilliyi olan şəxslərdir. 18 yaşınadək əlilliyi olan şəxslər valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.Yollayışla təmin olunanlar Naxçıvan Muxtar Respublikasındakı "Duzdağ" Fizioterapiya Mərkəzi, "Darıdağ" Arsenli Su Müalicəxanası və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicə kursu keçəcəklər. Agentlik tərəfindən postmüharibə dövründə 6500-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.