DSMF-nin 9 aylıq xərcləri açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 9 ayında proqnozla müqayisədə 2,8 faiz və ya 116 mln. manat çox olmaqla 4 mlrd. 237 mln. manat təşkil edib. Fonddan "Olaylar"a bildirilib ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-sentyabr aylarında proqnoza nisbətən 3,6 faiz və ya 114 mln. manat artaraq 3 mlrd. 302 mln. manat olub. DSMF-nin xərcləri isə 3 mlrd. 893 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz və ya 230 mln. manat çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31