Narkomaniya bütün cəmiyyətimizi yaşanmaz cəhənnəmə sürükləyir - ÖZƏL

"Narkomaniya sadəcə istifadə edənləri deyil, bütün cəmiyyətimizi yaşanmaz cəhənnəmə sürükləyir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Tural Əfəndi səsləndirib. Onun sözlərinə görə, 1990-cı illərdən başlayan soyğunçuluq, quldurluq və.s kimi cəmiyyəti tədirgin edən xoşagəlməz hadisələrə 2000-ci illərin ortalarında demək olar ki, son qoyuldu və Azərbaycan çox güvənli, rahat yaşanacaq bir ölkəyə çevrildi. Bu işdə polisin əməyini xüsusi qiymətləndirməmək olmazdı: "Narkotikin tüğyan edəcək səviyyəyə çatması ilə biz yenidən 1990-cı illərdə yaşanan o xoşagəlməz dövrə qayıda bilərik. Artıq bunun ilkin mərhələsi olan oğurluq hadisələrinin başladığını da söyləyə bilərik. Məhəllələrdə oğurluq sıradan bir hadisəyə çevrilməyə başlayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31