Qurultaydan sonra Azərbaycan Yazıçılar Birliyi daha adekvat tədbirlər görəcək- ÖZƏL

"Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayının bu il oktyabrın 26-da Akademik Milli Dram Teatrında keçirilməsi planlaşdırılıb".
Bu sözləri Olaylar.az-a açıqlamasında yazıçı Elçin Hüseynbəyli deyib.
"Artıq nümayəndələrin, o cümlədən, fəxri qonaqların adı, siyahısı məlumdur və təsdiq olunub. Biz qurultaya qədər müxtəlif janrlar və mövzular üzrə 11 dinləmə və müzakirə keçirmişik. Bu 11 məruzə kitab şəklində çap olunub və qurultay nümayəndələrinə təqdim olunacaq.
Bölgələrdə iclaslarımız olub, həmin iclaslar zamanı qurultay nümayəndələri və fəxri qonaqlar müəyyən olunub.
Düşünürəm ki, bu Azərbaycan ədəbi camiəsi üçün çox vacib bir tədbir olacaq. Azərbaycan Yazıçılar Birliyi ciddi bir qurumdur. İl ərzində çoxsaylı tədbirlər, yubileylər, kitab təqdimatları keçirilir. İmkan daxilində xarici ölkələrdə də tədbirlərdə iştirak həyata keçirilir.
Elə hesab edirəm ki, qurultaydan sonra Azərbaycan Yazıçılar Birliyi daha dinamik, gözləntilərə daha açıq, yeni çağırışlara, yeni düşüncələrə daha adekvat tədbirlər görəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31