Azercell qeydiyyatdan keçmiş müştəriləri üçün Rəqəmsal Kartının növbəli aktivasiyasına davam edir

"Google Pay", Keşbek və Cash-in ən son əlavə edilən xidmət çeşidləri oldu

Azercell-in "Kabinetim" tətbiqi vasitəsilə nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan verəcək rəqəmsal kartın mövcud xidmət istiqamətlərinə "Google Pay", Keşbek və Cash-in xidmətləri də əlavə edildi:

Kartın və cüzdanın aktivləşdirilməsi -  Kabinetim tətbiqi daxilində Azercell xidmət və satış mərkəzlərinə gəlmədən rahat və tez bir şəkildə Rəqəmsal Karta qoşulma imkanı.

"Müştərini tanı" (KYC) verifikasiyası - Real zaman rejimində üztanıma texnologiyaları əsasında ucdan-uca rəqəmsal identifikasiya imkanı.

"Google Pay" və "Apple Pay" - kartı üçüncü tərəflərə ötürmədən rahat və təhlükəsiz şəkildə nağdsız ödəniş həyata keçirmək imkanı.

Keşbek - bütün supermarket, yanacaqdoldurma məntəqəsi, aptek, və avtomobil ehtiyat hissələri mağazalarında 5%, digər ticarət və xidmət məkanlarında isə 1% keşbek imkanı.

Cash-in - eManat terminallarında rəqəmsal kartın balansının artırılma imkanı

Kartdan karta köçürmə (Card to Card) - ölkədaxili istənilən bank kartına heç bir xidmət haqqı tutulmadan kartdan-karta köçürmə etmək imkanı.

Cüzdandan cüzdana köçürmə (Wallet to wallet) - Azercell Rəqəmsal kartının istifadəçiləri arasında bir elektron cüzdandan digər cüzdana heç bir xidmət haqqı tutulmadan vəsait köçürmə imkanı.

Tətbiq daxilində balansın artırılması -hər hansı digər tətbiqə keçmədən cüzdanın balansını birbaşa Kabinetim tətbiqində artırmaq imkanı.

Kommunal ödənişlər - heç bir xidmət haqqı tutulmadan kommunal ödənişləri Kabinetim tətbiqində etmək imkanı. 

Cüzdana bağlı olan nömrənin dəyişdirilməsi - abunəçinin karta bağlı mobil nömrəsini digəri ilə dəyişdirmə imkanı.

Kartın Pin Kodunun təyin edilməsi - istifadəçi tərəfindən kartın unikal pin kodunun yaradılması və dəyişdirilməsi.

Azercell-in bazara "akart" ticarət markası altında çıxardığı bu rəqəmsal kartın yeni xidmət istiqamətlərinin genişlənməsi davam edəcək.

"akart" PAŞA Bank, Visa və AzInTelecom-la əməkdaşlıq çərçivəsində tərtib olunaraq ərsəyə gəlib. Kartın emitenti qismində PAŞA Bank, çıxış edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31