“Yaşayan Nostradamus”dan dəhşətli proqnoz - 2024-cü ildə işğal ediləcək ölkəni açıqladı

Ukraynanın işğalı, koronavirus pandemiyası və digər proqnozları düz çıxan braziliyalı Athos Saloma adlı kahin yeni iddiaları ilə diqqət çəkib.

Olaylar.az xəbər verir ki, "Yaşayan Nostradamus" ləqəbli şəxs yaxın 2-4 il ərzində ABŞ-ın güclü hücuma məruz qalacağını irəli sürüb. O iddia edib ki, ABŞ işğal təhlükəsi ilə üz-üzə qalacaq. "Göydən bir şey düşəcək. Heç bir şey qalmayacaq. Bu, müharibənin başladığına dair bir xəbərdarlıq olacaq. İki lider ABŞ-ı cəhənnəmə çevirmək üçün birləşəcək" - o deyib.

Qeyd edək ki, 36 yaşlı Athos Salome 3-cü dünya müharibəsinin çoxdan başladığını demişdi. O, Rusiyanın Ukraynaya hücum edəcəyini işğaldan 44 gün əvvəl bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31