Uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin artırılmasına ehtiyac var - ÖZƏL

"Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu, və bu Qanundan irəli gələn dövlət proqramları çərçivəsində hər il uşaq əhalisinin 95 %-dən çoxu tibbi müayinədən keçirilmişdir. Bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunmuşdur". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova seyib. Komitə sədri bildirib ki, respublikada uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcminin və keyfiyyətinin artırılmasına ehtiyac vardır: "Dövlət Proqramı uşaq xəstəliklərinin erkən aşkar edilməsinə, uşaqlar arasında yayılan patologiyaların profilaktikasına, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtında müalicə-sağlamlaşdırıcı tədbirlərin görülməsinə, uşaq ölümünün azaldılmasına, uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıqlarla və reaktivlərlə təchiz edilməsinə, kadrların təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin daha geniş miqyasda həyata keçirilməsini və əhali arasında maarifləndirmə işlərinin səmərəliliyinin artırılmasını nəzərdə tutur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31