Yaxın günlərdə Media reyesteri tam fəaliyyətə başlayacaq
12 Oktyabr 2022 12:46 SosialYaxın günlərdə Media Reyesteri tam fəaliyyətə başlayacaq.
Olaylar.az bildirir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentlik ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumunun imzalanması zaman deyib.
O qeyd edib ki, ötən gün Baş nazir Əli Əsədov "Jurnalist vəsiqəsinin forması"nın və "Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası"nı təsdiq etdi. "Bununla da islahatların normativ-hüquqi bazası təmin edilmiş oldu. Normativ-hüquqi baxmdan yalnız uyğunlaşdırılmalı olan sənədlər var ki, bunun üzərində də işlər aparılır", - deyə Ə.İsmayılov əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31