Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illiyi qeyd ediləcək - ÖZƏL
12 Oktyabr 2022 11:02 SosialBeynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasının 30 illiyi qeyd olunacaq. Bu barədə məlumatı "OLAYLAR"-a Fondun prezidenti, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu verib. Bildirib ki, Fondun yaranmasının 30 illiyinin oktyabrın 14-də keçirilməsi nəzərdə tutulub: "Fondun yubiley tədbirində iştirak etmək üçün xarici ölkələrdən də qonaqlarımız Azərbaycana gəlib".
Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. Beynəlxalq Avrasiya Mətbuat Fondu əsasən üç istiqamətdə - media və vətəndaş cəmiyyətinin inkişafı; sülhməramlı aksiyalar və konfliktologiya; qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində fəaliyyət göstərir.