Jurnalist vəsiqəsinin verilməsinə görə ödənişin məbləği müəyyənləşdi
11 Oktyabr 2022 15:15 SosialJurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödənişin məbləği 20 (iyirmi) manat təşkil edəcək.
Bu, Nazirlər Kabinetinin "Jurnalist vəsiqəsinin forması"nın və "Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.
Bildirilib ki, vəsait dövlətin mülkiyyəti hesab olunur, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.
Vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31