COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı
11 Oktyabr 2022 15:00 SosialYeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
Olaylar.az bildirir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il noyabrın 1-dək veriləcək.
Əvvəl bu müddət 2022-ci il sentyabrın 1-dək müəyyən edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31