Təhsil Tələbə Kredit Fondunun əhəmiyyəti böyükdür - Deputat - ÖZƏL

Millət vəkili Müfiq Məmmədli Təhsil Tələbə Kredit Fondunun maarifləndirmə məqsədi ilə keçirilən tədbirində iştirak edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib. Bildirib ki, İsmət Qayıbov adına 1 saylı Sumqayıt şəhər orta məktəbində baş tutan tədbirdə Abşeron Xızı regional təhsil idarəsinin rəhbəri İlhamə Abdullayeva, TTKF-nin idarə heyətinin sədr müavini Bəhruz Əzimov və mən çıxış edərək fondun fəaliyyətini, o cümlədən, vacibliyi vurğulanıb: "Qeyd olundu ki, abituriyentlərin gələcək peşə seçimi zamanı maddi maneə olmaması üçün dövlət tərəfindən yaradılan fondun əhəmiyyəti böyükdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31