Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub - ÖZƏL
11 Oktyabr 2022 13:40 SosialBu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyinatı olub. "Olaylar"a daxil olan məlumata görə, səhiyyə nazirinin əmri ilə türkiyəli mütəxəssis, Adnan Menderes Universiteti Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil klinikanın direktoru təyin edilib. Yeni direktoru səhiyyə nazirinin müavinləri İlqar Qasımov, Rasim İsmayılov və ATU-nun rektoru, professor Gəray Gəraybəyli kollektivə təqdim edib. Xatırladaq ki, buna qədər klinikanın direktoru professor Surxay Hadıyev idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31