Ssenari müsabiqəsi elan olundu

"TMB Media" dram və komediya janrında qısametrajlı filmlərin çəkilişi üçün ssenari müsabiqəsi elan edir.
"OLAYLAR" xəbər verir ki, 20-45 yaş arası istedadına və özünə güvənən təcrübəli ssenaristlər müsabiqədə iştirak etmək üçün şəxsi məlumatlarını və gördüyü işləri [email protected] elektron poçtuna göndərə bilər.
Ərizələr 01 noyabr tarixinədək qəbul edilir
Müsabiqə bir neçə mərhələdən ibarət olacaq.
Qalibləri pul mükafatları və hədiyyələr gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31