Whatsappdan YENİLİK- ÖZƏL
11 Oktyabr 2022 10:41 SosialOlaylar.az xəbər verir ki, "WhatsApp" messencerinin tərtibatçıları qrup çatlarının imkanlarını genişləndirməyə hazırlaşır. Bu barədə populyar tətbiqin ilkin versiyalarındakı yeniliklərə nəzarət edən WABetaInfo saytı məlumat yayıb. Tezliklə "WhatsApp"da qrup çatında iştirakçıların sayına məhdudiyyət iki dəfə artırılacaq. Bəzi istifadəçilər üçün isə yenilik artıq ortaya çıxıb. Təqdim olunan skrinşotlarda görmək olar ki, qrup yaratarkən messencer qrup üzvlərinin limitini 1024 istifadəçi ilə göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31