Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
10 Oktyabr 2022 17:34 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Olaylar.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Vurulan vaksinlərin ümumi sayı 13 898 187, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 385 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 868 893, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 381 650, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 183 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31