“İçərişəhər”də vətəndaş qəbulu keçirilib - ÖZƏL
10 Oktyabr 2022 15:01 Sosial"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İdarə Heyətinin sədri Şahin Seyidzadə tərəfindən fərdi qəbul keçirilib.
"OLAYLAR"-a daxil olan xəbərə görə, fərdi qəbulda vətəndaşların müraciətləri dinlənilib, sualları cavablandırılıb və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Vətəndaşları narahat edən məsələlərin həlli məqsədi ilə İdarənin müvafiq struktur və qurumlarına tapşırıqlar verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31