“Zəfər turniri”nə qeydiyyat oktyabrın 19-dək davam edəcək
10 Oktyabr 2022 14:28 SosialDSMF-nin təşkilatçılığı ilə keçiriləcək "Zəfər turniri"nə qeydiyyat oktyabrın 19-dək davam edəcək. Bu barədə Fonddan "Olaylar"a verilən məlumatda bildirilib ki, pensiyaçılar arasında təşkil olunacaq turnirdə iştirak etmək üçün həvəskar şahmatçılar şəxsi məlumatlarını 142 - "Çağrı Mərkəzi"nə təqdim edə, Dövlət Sosial Müdafiə Fondunun rəsmi sosial şəbəkə hesablarına göndərə və Fondun regional filiallarına və qəbul mərkəzlərinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər. "Zəfər turniri"ndə yalnız ilkin seçim mərhələsini uğurla keçmiş pensiyaçılar iştirak edə biləcəklər. Xatırladaq ki, turnir yaşa görə pensiyaya çıxan pensiyaçıları əhatə edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31