Qocalığı necə ləngitməli? - Ömrü uzadan və həyat keyfiyyətini yaxşılaşdıran məsləhətlər...

"Az şəkər, çeşidli qida rasionu, stresdən qorunmaq, təmiz dişlər, qəhvə, siqaretdən imtina..."

İctimaiyyət gözəl qocalmanın və əbədi cavanlığın sirlərini açan tədqiqatlara maraq göstərməkdə davam edir, alimlər isə buna yardım edən müxfəlif vasitələr təklif edir.

Olaylar.az xəbər verir ki, bu barədə Serbiyanın "Politika" nəşri yazıb.

Lakin elə şeylər var ki, onları hər gün etmək olar və onların sayəsində qocalığın neqativ effektlərini dayandırmaq və hətta ömrü uzadaraq həyatın keyfiyyətini yaxşılaşdırmaq olar.

İmkan daxilində az şəkər istifadə etməli

Şəkər qocalığın bir nömrəli düşmənidir. Bunu plastik cərrah Entoni Yan da sübut edib.

"Bir tədqiqatda 184 min ölüm onunla izah edilib ki, vəfat edənlər şirin içkilər, o cümlədən qazlı içkilərdən istifadə edib. Bunlar təkcə diabet və piylənmə riskini yüksəltmir. İçkilərin tərkibində olan şəkər ona gətirib çıxara bilər ki, yaşadığımız illərimizdən yaşlı görünəcəyik", - doktor Entoni Yan deyir.

Çeşidli qida rasionu

Müxtəlif meyvə-tərəvəzlər antioksidantlarla zəngindir və qocalığın qarşısını almağa kömək edir.

"Ən müxtəlif rəngli qida qəbul edin ki, sağlamlığınız möhkəmlənsin və qocalıq prosesi ləngisin", - doktor Yan deyir.

Dişlərinizi sapla təmizləyin

Dişlərin gündəlik təmizlənməsi diş ətinin iltihabının qarşısını alacaq.

"Diş ətinin iltihabı qocalığın əsas səbəblərindən biridir və ürək xəstəlikləri və insult riski ilə bağlıdır. Belə iltihab immun sistemə pis təsir edir, infeksiyalar, xərçəng və beyin disfunksiyaları riskini yüksəldir", - doktor Maykl Royzen deyir.

Stresdən qurtulun

Bizi stres və ona təhrik edən amillər əhatə edir. Onlardan yan keçmək  mümkün deyil, lakin bizim hansısa xırda xoşagəlməzliklərə mühasibətimizi dəyişməyimiz vacibdir. 

Bunu etmək son dərəcə vacibdir, çünki stres sağlamlığa və uzunömürlülüyümüzə neqativ təsir edir.

Daha çox D vitamini qəbul etməli

D vitaminin qıtlığı qocalıqla bağlı xəstəliklərə gətirib çıxarır, bu da ömrünüzü qısalda bilər, 2018-ci ildə aparılmış tədqiqat sübut edir.

Fasilə verin, qəhvə için

Qəhvə və ya çaydan gündəlik istifadə edilməsi qocalıqla mübarizənin başlıca sirridir. Bu vərdiş xərçəngin, 2-ci tip diabetin, demensiyanın və Parkinson xəstəliyinin riskini azaldır.

Siqaretdən imtina edin

Siqaret çəkmə bir çox xəstəliklər, o cümlədən xərçəng, ürək xəstəlikləri və insult yaradır, onlar da ömrü qısaldır. Lakin hətta siqaret çəkilən barlar və restoranları ziyarət etmək də təhlükəlidir.

Yunanlar kimi qidalanın

Aralıq dənizi pəhrizinin tərkibində meyvələr, tərəvəz, taxıl məhsulları, faydalı yağlar və yağsız zülallar var.

2019-cu ildə apsrılan tədqiqat göstərib ki, Aralıq dənizi pəhrizinə riayət edən insanlarda həyatın keyfiyyəti yüksəkdir, sağlamlıqla bağlı problemlər azalır, onlar həm daha çox yaşayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31