“Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlim keçirilib - FOTO

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri "Sosial sahibkarlığın və müəssisələrin təşkili" adlı təlimdə iştirak ediblər. Akademiyadan "Olaylar"a bildirilib ki,"Memarlıq, İnşaat və Dizayn" İctimai Birliyinin (MİDİB) icra etdiyi "Dövlət, Universitet və QHT əməkdaşlığı" çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər adlı layihənin ilk təlimi 8 oktyabr 2022-ci il tarixində Bakı şəhərində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) təlim mərkəzində təşkil olunub. Təlimdə həmçinin AƏSMA-nın Maliyyə-iqtisad fakültəsinin fəal tələbələri: Xanlar Məmmədov, Günəş Hüseynova, Fəridə Ağayeva, Nicat İsmayılov, Amaliya Cəbiyeva, MirSüleyman Bayramlı, İbrahim Nuri, Aysel Həsənova, Nuranə Nurullayeva, Arzu İsmayilova, Mərziyyə Mikayılova, Həcər Ağayeva, Yusif Məmmədzadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Mahir Calalov iştirak edib.

Təlimi giriş sözü ilə MİDİB təşkilatının icraçı direktoru və layihə rəhbəri Arif Nəcimov açaraq layihə haqqında ətraflı məlumat verib. O, əlavə edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi, "Dövlət, Universitet və QHT əməkdaşlığı" çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin 120 nəfər gəncin arasında təbliği və məşğulluğun təmin olunmasına dəstək olmaqdır. A. Nəcimov bildirib ki, layihə 1 sentyabr 2022-ci il tarixindən başlayıb və üç ay ərzində davam edəcək. Layihə çərçivəsində 3 şəhərdə (Bakı ş., Xırdalan ş. və Sumqayıt ş.) 30 nəfərlik 4 qrupdan ibarət 120 nəfər gənc üçün bir günlük "Sosial sahibkarlığın və müəssisələrin təşkili" adlı praktiki təlim (iki dəfə çay-kofe və nahar fasiləsi daxil olmaqla) və 5 noyabr 2022-ci il tarixində layihənin yekununa həsr olunmuş sərgi-konfrans təşkil olunacaqdır. Bu sərgi-konfrans zamanı təlim iştirakçılarına sertifikat və xatirə hədiyyələri təqdim olunacaq, həmçinin təlim zamanı tələbələrin qazandıqları bilk və təcrübələr hesabına öz layihə və ya uğurlu nəticələrini tədbir iştirakçılarına və qonaqlara təqdim edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31